Yaz Gəldi – Abbas Bağırov mahnı sözləri

yorumsuz
435 oxunma
Yaz Gəldi – Abbas Bağırov mahnı sözləri

Yaz Gəldi – Abbas Bağırov mahnı sözləri

 

Çal ay aşıq telli sazı,
Salamlasın könül yazı,
Çal ay aşıq telli sazı,
Salamlasın könül yazı,
Bülbüllərin xoş avazı,
Deyir yaz gəldi, yaz gəldi…
Bülbüllərin xoş avazı,
Deyir yaz gəldi, yaz gəldi…

 

Çəmənlərin meh nəfəsi,
Çobanların tütək səsi…
Ay çəmənlərin meh nəfəsi,
Çobanların tütək səsi…
Qaranquşların gəlməsi,
Deyir yaz gəldi, yaz gəldi…
Qaranquşların gəlməsi,
Deyir yaz gəldi, yaz gəldi…

 

Elimizə bahar gəldi,
Könlümüzə bahar gəldi,
Bahar gəldi, yaz gəldi,
Bahar gəldi, yaz gəldi,
Təbiətə işvə gəldi, naz gəldi…

 

Gəl gör, gülüm sevgilim,
Gülüm, gülüm sevgilim…
Gəl gör, gülüm sevgilim,
Gülüm, gülüm sevgilim…
Seyr edək çölü, düzü,
Qoy, ilk bahar bəzəsin ömrümüzü…
Qoy, ilk bahar bəzəsin ömrümüzü…
Qoy, ilk bahar bəzəsin ömrümüzü…

 

Yamyaşıl durub uca dağlar,
Al geyinib, bağça, bağlar…
Yamyaşıl durub uca dağlar,
Al geyinib, bağça, bağlar…
Salğımlanan göy budaqlar,
Deyir yaz gəldi, yaz gəldi…
Salğımlanan göy budaqlar,
Deyir yaz gəldi, yaz gəldi…

 

Ana torpaq cavanlaşır,
Dağ, çaylar çoşub, daşır…
Ana torpaq cavanlaşır,
Dağ, çaylar çoşub, daşır…
Qış bizimlə vidalaşır,
Deyir yaz gəldi, yaz gəldi…
Qış bizimlə vidalaşır,
Deyir yaz gəldi, yaz gəldi…

 

Elimizə bahar gəldi,
Könlümüzə bahar gəldi,
Bahar gəldi, yaz gəldi,
Bahar gəldi, yaz gəldi,
Təbiətə işvə gəldi, naz gəldi…

 

Gəl gör, gülüm sevgilim,
Gülüm, gülüm sevgilim…
Gəl gör, gülüm sevgilim,
Gülüm, gülüm sevgilim…
Seyr edək çölü, düzü,
Seyr edək çölü, düzü,
Qoy, ilk bahar bəzəsin ömrümüzü…
Qoy, ilk bahar bəzəsin ömrümüzü…
Qoy, ilk bahar bəzəsin ömrümüzü…
Qoy, ilk bahar bəzəsin ömrümüzü…
Qoy, ilk bahar bəzəsin ömrümüzü…

 

Söz: Hafiz Baxış
Musiqi: Ələkbər Tağıyev

Yaz Gəldi – Abbas Bağırov dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , , , , , ,
Eklenme Tarihi: 21 Mart 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin