Qaş Qabağın Yerlə Gedir – İlhamə Quliyeva mahnı sözləri

yorumsuz
303 oxunma
Qaş Qabağın Yerlə Gedir – İlhamə Quliyeva mahnı sözləri

Qaş Qabağın Yerlə Gedir – İlhamə Quliyeva mahnı sözləri

 

Qaş-qabağın yerlə gedir,
De, görüm, neyləmişəm,
Ürəyim güp-güp edir,
De, görüm, neyləmişəm,

 

Bir günahım yoxdur, inan,
Varsa, de, olum qurban,
Dözmərəm bu hala mən,
Ölürəm az qala mən.

Bir mənə bax, naz eyləmə,
Qaş-qabaq tökmə belə,
De, görüm, neyləmişəm,
Gəl mənə dağ çəkmə belə,
De, görüm, neyləmişəm.

 

Kim nə deyib, söylə görüm,
Səni yoldan eyləyib?
Kim sənə nə danışıb,
Məni xortdan eyləyib?

 

Hardadır o mərdiməzar?
Onu qoy tutsun azar!
Kefimə, sən bu canı,
Doğrama, gəl, soğanı.

 

Musiqi: Fikrət Əmirov
Söz: Teymur Elçin

 

Qaş Qabağın Yerlə Gedir – İlhamə Quliyeva dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , , , , ,
Eklenme Tarihi: 27 Fevral 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin