Novruz Gəlir – Cavanşir Quliyev mahnı sözləri

yorumsuz
357 oxunma
Novruz Gəlir – Cavanşir Quliyev mahnı sözləri

Novruz Gəlir – Cavanşir Quliyev mahnı sözləri

 

Novruz gəlib, yaz gəlib
Bir əlində saz gəlib…
Bir əlində xonçası,
Açıb gülün, qönçəsi…
Bülbülə avaz gəlib,
Novruz gəlib, yaz gəlib…
Bülbülə avaz gəlib,
Novruz gəlib, yaz gəlib…

 

Kosa, sən də gəlsənə,
Gəlib, salam versənə…
O, torbanı ver görək,
Yumurtalar, rəngbərəng…
Hər biri can dərmanı,
Ver, dolduraq torbanı…
Hər biri can dərmanı,
Ver, dolduraq torbanı…

 

Novruza bax, yaza bax,
O, əriyən buza bax…
Sellər axır şırhaşır,
Çöllər olub, yamyaşıl…
Ot bitir, yemlik bitir,
Keçəl başa, tük bitir…
Ot bitir, yemlik bitir,
Keçəl başa, tük bitir…

 

Keçəl başın yağlasın,
Dəsmal verək bağlasın…
Məclis quraq oynasın,
Çırttıq vuraq oynasın…
Əl çalaq, alqışlayaq,
Bu məclisi başlayaq…
Əl çalaq, alqışlayaq,
Bu məclisi başlayaq…

 

Söz: Ramiz Rövşən
Mus: Cavanşir Quliyev

 

Novruz Gəlir – Cavanşir Quliyev dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , , , , ,
Eklenme Tarihi: 24 Mart 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin