Məhəbbət Aşiyanımdır – Zeynəb Xanlarova mahnı sözləri

yorumsuz
195 oxunma
Məhəbbət Aşiyanımdır – Zeynəb Xanlarova mahnı sözləri

Məhəbbət Aşiyanımdır – Zeynəb Xanlarova mahnı sözləri

 

Məhəbbət aşiyanımdır, ona sadiq qalar könlüm
Dəniz tək çağlayar hərdən bulud tək dolar könlüm

 

Düşər tufanlara bəzən əyilməz əssə də yellər
Çinar tək yollar üstündə dayanıb sayə salar könlüm

 

Sənin sənsizliyin canan məni bi-ixtiyar etdi
Sınır bir ney, qırıq bir saz tutub daim çalar könlüm

 

Uçar qartal kimi dağlar başında yurd salar hərdən
Dəmadəm intizar gözlər kimi fikrə dalar könlüm

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , ,
Eklenme Tarihi: 19 Mart 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin