Hanı O Sevgimiz – Niyam Salami ft. Mətanət Əsədova mahnı sözləri

yorumsuz
265 oxunma
Hanı O Sevgimiz – Niyam Salami ft. Mətanət Əsədova mahnı sözləri

Hanı O Sevgimiz – Niyam Salami ft. Mətanət Əsədova mahnı sözləri

 

İnana bilmirəm, sən olduğuna…
Kimin gözü dəydi, görəsən bizə?
Son günlər gözlərim qaçır gözündən,
Beləmi yad olduq, bir-birimizə?

 

Gözüm yollardadır, könlüm sorağda,
Özün yanımdasan, fikrim uzaqda…
Hicran sığallayır, bizi yataqda,
Beləmi yad olduq, bir-birimizə?

 

Hanı o dağları aşan sevgimiz?
Hanı selə dönüb, daşan sevgimiz?
Hanı sinəmizdə çoşan sevgimiz?
Beləmi yad olduq, bir-birimizə?

 

Hanı o dağları aşan sevgimiz?
Hanı selə dönüb, daşan sevgimiz?
Hanı sinəmizdə çoşan sevgimiz?
Beləmi yad olduq, bir-birimizə?

 

Beləmi… Beləmi…
Beləmi yad olduq, bir-birimizə?
Beləmi… Beləmi…
Beləmi yad olduq, bir-birimizə?

 

Nə küskün qəlbimin könlün alırsan,
Nə həsrət telimi sığallayırsan,
Hər gün ortalığa bir söz salırsan,
Beləmi yad olduq, bir-birimizə?

 

Bir vaxtacan sirdaşın, yarın mən idim,
Eşqin, məhəbbətin, varın mən idim,
İlk bahar günəşin, barın mən idim,
Beləmi yad olduq, bir-birimizə?

 

Hanı o dağları aşan sevgimiz?
Hanı selə dönüb, daşan sevgimiz?
Hanı sinəmizdə çoşan sevgimiz?
Beləmi yad olduq, bir-birimizə?

 

Hanı o dağları aşan sevgimiz?
Hanı selə dönüb, daşan sevgimiz?
Hanı sinəmizdə çoşan sevgimiz?
Beləmi yad olduq, bir-birimizə?

 

Beləmi… Beləmi…
Beləmi yad olduq, bir-birimizə?
Beləmi… Beləmi…
Beləmi yad olduq, bir-birimizə?

 

Beləmi… Beləmi… Beləmi yad olduq, bir-birimizə?

 

Söz: Xuraman Vəfa
Musiqi: Nailə Mirməmmədli

 

Hanı O Sevgimiz – Niyam Salami ft. Mətanət Əsədova dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , , , ,
Eklenme Tarihi: 4 May 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin