Gələrəm – Ayan mahnı sözləri

yorumsuz
265 oxunma
Gələrəm – Ayan mahnı sözləri

Gələrəm – Ayan mahnı sözləri

 

Mən uzaq səfərə yollanan gəmi

Səni tərk edirəm bir liman kimi

Qorxma ayrılıqdan burax əlimi

Sevgi ayrılıqdan güclüdür vallah

 

Sən hələ bilmirsən ayrılıq nədir

Hər səfər könlümü sıxır inlədir

Ayrılan cisimdir ruh səninlədir

Sevgi ayrılıqdan güclüdür vallah

 

Çağır, qanad taxıb uçub gələrəm

Neçə ayrılıqdan keçib gələrəm

Ölümün əlindən qaçıb qaçıb gələrəm

Çağırsan yanına gələrəm, gecələr yuxuna gələrəm

Çağırsan yanına gələrəm, gecələr yuxuna gələrəm

 

Fərqinem, yaxınam yoxsa uzağam

Hələ ki səninəm nə qədər sağam

Ölsəm o dünyadan qayıdacağam

Sevgi ayrılıqdan güclüdür vallah

 

Gözyaşı əbəsdir, çıxıb gedəcəm

Könlümü odlara yıxıb gedəcəm

Mən sənə hamıya dünyaya sübud edəcəm

Sevgi ayrılıqdan güclüdür vallah

 

Çağır, qanat taxıb uçub gələrəm

Neçə ayrılıqdan keçib gələrəm

Ölümün əlindən qaçıb qaçıb gələrəm

Çağırsan yanına gələrəm, gecələr yuxuna gələrəm

Çağırsan yanına gələrəm, gecələr yuxuna

 

Çağırsan yanına gələrəm, gecələr yuxuna gələrəm

Çağırsan yanına gələrəm, gecələr yuxuna yuxuna vallah gələrəm

 

Söz: Baba Vəziroğlu

Mus: Elçin İmanov

 

Gələrəm – Ayan mahnı sözləri

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , ,
Eklenme Tarihi: 5 Mart 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin