Bir Salama Dəymədi – Xumar Qədimova mahnı sözləri

yorumsuz
329 oxunma
Bir Salama Dəymədi – Xumar Qədimova mahnı sözləri

Bir Salama Dəymədi – Xumar Qədimova mahnı sözləri

 

O gün mən səni gördüm,
Salam vermək istədim…
Üzünü yana tutdun,
Üzünü yana tutdun…

Söylə illərdən bəri,
Qəlbimizin bir vurub,
Bir duyduğu illəri,
Axı, nə tez unutdun?

Qop ey tufan, əs ey yel!
Xəzəl olum, tökülüm…
Neçə vaxtdır ildə bəslədiyim məhəbbət…
Bir salama dəymədi…

Şirin gülüşlərimiz, acı fəqanlarımız,
Bir salama dəymədi
Bir salama dəymədi…
Getdin dalınca baxdım,
Can ayrıldı canımdan…
Sən necə etinadsız, ötə bildin yanımdan?

Qop ey tufan, əs ey yel!
Xəzəl olum, tökülüm…
İllərdir ürəyimdə, bəslədiyim məhəbbət…
Bir salama dəymədi…
Bir salama dəymədi…

Sən mənə zülm eylədin,
Mənə zülm yaraşır…
Bir salama dəyməyən eşqə ölüm yaraşır…

 

Söz: Bəxtiyar Vahabzadə
Mus: Xumar Qədimova

 

Bir Salama Dəymədi – Xumar Qədimova dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , ,
Eklenme Tarihi: 28 Fevral 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin