Barışdırsın – Pərviz Bülbülə mahnı sözləri

yorumsuz
466 oxunma
Barışdırsın – Pərviz Bülbülə mahnı sözləri

Barışdırsın – Pərviz Bülbülə mahnı sözləri

 

Bahar təravətli, gözəl gündü…
Az qalır, insanı danışdırsın…
Mənim sevgilimsə küsüb məndən,
Biri bizi lazımdı barışdırsın…

 

Mən nə edim ki, ona xoş getsin,
Mənlə barışsın, məni əhv etsin…
Mən nə edim ki, ona xoş getsin,
Mənlə barışsın, məni əhv etsin…
Həsrətimiz, hicranımız bitsin,
Ulu tanrım, bizi də qovuşdursun…
Həsrətimiz, hicranımız bitsin,
Ulu tanrım, bizi də qovuşdursun…

 

Yar mənə sarı yenə boylansın,
Qoy, məni sevsin, yenə qısqansın…
Yar mənə sarı yenə boylansın,
Yenə məni sevsin, yenə qısqansın…

 

Qəlbimiz eşqi ilə alovlansın,
Ağyalı yandırsın, alışdırsın…
Qəlbimiz eşqi ilə alovlansın,
Ağyalı yandırsın, alışdırsın…

 

Tapın ey dostlar, mənə bir çarə,
Xəyalı eyliyib, məni avarə…
Dostlar, eyliyin mənə bir çarə,
Xəyalı eyliyib, məni avarə…

 

Səhər açılır, günümü edir qarə,
Gecə də gəlir, yuxumu qarışdırsın…
Səhər açılır, günümü edir qarə,
Gecə də gəlir, yuxumu qarışdırsın…

 

Gəldi bahar, bağlara bar gəlsin,
Bizim də ömrümüzə bahar gəlsin…
Gəldi bahar, bağlara bar gəlsin,
Bizim də ömrümüzə bahar gəlsin…
Mənim də arzumdu ki, yar gəlsin,
Eşqini, qəlbimdə qızışdırsın…

 

Amma mənim yarım küsüb məndən,
Biri bizi lazımdı barışdırsın…

 

Bahar təravətli, gözəl gündü…
Az qalır, insanı danışdırsın…
Mənim sevgilimsə küsüb məndən,
Biri bizi lazımdı barışdırsın…

 

Müəllif: Pərviz Bülbülə
Aranjıman: İlqar İlham

 

Barışdırsın – Pərviz Bülbülə dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , , , , , ,
Eklenme Tarihi: 29 Mart 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin