Anam – Azər Zeynalov mahnı sözləri

yorumsuz
1. 734 oxunma
Anam – Azər Zeynalov mahnı sözləri

Anam – Azər Zeynalov mahnı sözləri

 

Əziz ana, şirin sözlü ana,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü ana,
Hara getsəm gözün mənə baxar.

 

Əziz ana, şirin sözlü ana,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü ana,
Hara getsəm gözün mənə baxar.
Ana qəlbin laylay olar gəzər,
Doğma səsin ömrü-günü bəzər.

 

Laylay dedin, anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana…
Laylan hələ yaşar,
Laylan ellər aşar,
Günəş kimi yana-yana, ana…

 

Ana, səsin aydın səhər olar,
Ana, qəlbin keşik çəkər bizə,
Yolum üstə uzaq səfər olar,
İşıq olar nurdan düşən gözə…
Mənim görən gözümsən sən, ana,
Ömrüm-günüm, özümsən sən, ana…

 

Laylay dedin, anam, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana…
Laylan hələ yaşar,
Laylan ellər aşar,
Günəş kimi yana-yana, ana…

 

Söz: Fikrət Qoca
Musiqi: Sevil Əliyeva

 

Anam – Azər Zeynalov dinle

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , , , , , , ,
Eklenme Tarihi: 8 Mart 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin