Ağlasın – Aygün Kazımova ft. Samir Piriyev mahnı sözləri

yorumsuz
1. 166 oxunma
Ağlasın – Aygün Kazımova ft. Samir Piriyev mahnı sözləri

Ağlasın – Aygün Kazımova ft. Samir Piriyev mahnı sözleri

 

Onu əziyyətdə görən
Məni zillətdə görən
Bizi həsrətdə görən ağlasın

 

Samir Piriyev:

O qız məndən ötrü gəlib cahanə
Eşqi məni edib dəli-divanə
Bu mahnım da sevgimə bir nişanə
Məni bu məhəbbətdə görən ağlasın

 

Samir Piriyev:

Onu əziyyətdə görən
Məni zillətdə görən
Bizi həsrətdə görən ağlasın

 

Aygün Kazımova:

Ətrimi güllərdən alıb qoxuyursan
Yuxumda saçlarıma çələng toxuyursan
Sonra oyanıb dərdli-dərdli oxuyursan
Səni belə vəziyyətdə görən ağlasın

 

Aygün Kazımova:

Onu əziyyətdə görən
Məni zillətdə görən
Bizi həsrətdə görən ağlasın

 

Samir Piriyev & Aygün Kazımova:

Sevənlərin hamısını xoşbəxt görək
Bizə də qoy Allah özü olsun kömək
Sevdiyinə qovuşa bilməsə ürək
Onu gərək əlbəttə görən ağlasın

 

Samir Piriyev & Aygün Kazımova:

Onu əziyyətdə görən
Məni zillətdə görən
Bizi həsrətdə görən ağlasın

 

 

Söz: Hacı Akif
Musiqi: Seymur Dumani

 

Ağlasın – Aygün Kazımova ft. Samir Piriyev dinlə

Sosyal Medyada Paylaş Facebook Twitter Google+

Etiketler: , , , , ,
Eklenme Tarihi: 26 Fevral 2016

Facebook Şərhləri

Mahnı sözü haqqında şərhinizi daxil edin